Tədbirdə rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların əmək kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Alman faşizmi üzərində qələbənin ildönümü İmişli rayonunda da qeyd olunmuş, rayon rəhbərliyi 1941-45-ci il abidə kompleksini ziyarət edərək, heykəlin önünə gül dəstələri düzülmüşlər.
Öz füsunkar təbiəti, saf suyu, təmiz havası, flora və faunasının zənginliyi ilə seçilən Şuşa şəhəri dünyanın ən unikal turizm şəhərlərindən biri olmuşdur. Şuşanın erməni qəsbkarları tərəfindən işğalı xalqımızın tarixinə ən ağrılı səhifə kimi daxil olmuşdur. Şuşanın işgalının iyirmi ilinə həsr olunan yığıncaqda çıxış edən İmişli rayon icra hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev mənfur qonşularımızın əsrlər boyu xalqımızın başına gətirdiyi müsibətlərdən danışıb.
İmişli şəhərinin su-kanalizasiya sistemi yenidən qurulur.
İmişli şəhərində “mavi yanacaq” verilməyən küçələrə qaz xətti çəkilir