Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə koronovirusla mübarizə çərçivəsində tədbirlər davam etdirilir.

30 mart 2020 | 16:00

Azərbaycan Respublikası Nazirlər Kabinetində yaradılmış Operativ Qərargahın son göstərişlərinə uyğun olaraq koronovirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri İmişli rayonu ərazisində də operativ şəkildə icra olunur.
     Belə ki, rayon ərazisində sanitar-dezinfeksiya işləri davam etdirilərək, küçələr xüsusi dezinfeksiyaedici maddələrlə yuyulur, yaşayış binalarının pilləkənləri, məhəllələr, idman meydançaları, istirahət parkları dezinfeksiya olunur. Bundan əlavə, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması üçün qabaqlıyıcı tədbirlərə uyğun olaraq rayon İcra Hakimiyyətində yaradılan müvafiq qruplar tərəfindən binalarda, ictimai yerlərdə sanitar-dezinfeksiya işlərinin mütəmadi aparılmasına nəzarət edilir. 

 

 

Keçidlər