Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə dezinfeksiya işləri davam etdirilir.

31 mart 2020 | 16:00

Dünyanın əksər  ölkələrində yayılan koronavirus epidemiyasının Azərbaycanda törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə respublikamızın hər bir yerində olduğu kimi İmişli rayonunda da bu virusa qarşı qabaqlayıcı profilaktik tədbir olaraq dezinfeksiya işləri davam etdirilir və rayondakı ümumi sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır.
     Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq İmişli rayonunda xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara əməl olunması istiqamətində zəruri tədbirlər görülür.

Keçidlər