Şriftin ölçüsü :

Saytın rəngi :

Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması istiqamətində aparılan tədbirlər İmişli rayonu ərazisində geniş vüsət alıb.

01 aprel 2020 | 16:00

Koronavirus infeksiyasına yoluxma hallarına yol verilməməsi və vaxtında qarşısının alınması istiqamətində görülmüş profilaktiki tədbirlərin davamı olaraq rayon Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən dezinfeksiya işləri davam etdirilir.
    Bundan əlavə rayon Polis Şöbəsi tərəfindən gün ərzində mütəmadi olaraq İmişli şəhərinin bütün ərazisində müvafiq nəqliyyat vasitələri ilə səsgücləndirici qurğularla xüsusi karantin rejiminin tələblərinə tam əməl edilməsi ilə bağlı maarifləndirici çağırışlar edilir. Rayon ərazisində maarifləndirici və profilaktiki tədbirlər növbəti günlərdə də davam etdiriləcəkdir.

Keçidlər