Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli rayonunda dezinfeksiya işləri davam etdirilir.

08 aprel 2020 | 16:00

Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə İmişli rayonu ərazisində riayət olunması üçün zəruri tədbirlər davam etdirilir.
     Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq əhali arasında geniş maarifləndirmə işi aparılır, xüsusilə 65 yaşdan yuxarı olan insanların yaşadığı ailələr nəzarətə götürülmüşdür. Vətəndaşlar arasında onların şəxsi gigiyena qaydalarına əməl etmələri, təmas imkanlarını minimuma endirmələri, operativ qərargah tərəfindən müəyyən edilmiş hallarda evdən çıxmaları barədə izahetmə-xəbərdarlıq işləri aparılır. 

Keçidlər