Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səfa Ağayev idarə, müəssisə və təşkilat rəhbərləri ilə videoformatda görüş keçirib.

14 may 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslərin dövlət tərəfindən ciddi cəzalandırılması davam edir. Ölkə Prezidenti tərəfindən dəfələrlə ictimaiyyət qarşısında vəzifəli şəxslərə müvafiq tapşırıqların verilməsinə baxmayaraq belə halların baş verməsi dövlətin mənafeyinə ciddi zərbə vurur. 
    Qeyd olunanlarla bağlı İmişli rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səfa Ağayevin idarə, müəssisə və təşkilat rəhbərləri ilə videoformatda görüşü baş tutub. Görüşdə cənab prezident İlham Əliyevin son günlərdə imzaladığı fərmanlardan və rayonda baş verən hadisələrdən danışılıb, eyni zamanda qarşıda duran vəzifələrlə bağlı idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.   

 

 

Keçidlər