Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə aztəminatlı və imkansız ailələrə dəstək davam edir.

18 iyul 2020 | 16:00

Bu dəfə rayonun Sarıxanlı, Boşçalılar, Qaragüvəndikli, Muradxanlı, Əliqulular, Cəfərli, Oruclu və Ağaməmmədli kəndlərində ümumilikdə 250 aztəminatlı və imkansız ailəyə müxtəlif ərzaq məhsullarından, həmçinin gigiyenik vasitələrdən ibarət bağlamalar paylanılıb. Bağlamalar rayon İcra Hakimiyyətinin və aidiyyəti idarələrin əməkdaşları tərəfindən ehtiyacı olan ailələrin ünvanlarına çatdırılıb. Tədbir zamanı vətəndaşlara koronavirus infeksiyasının geniş yayılma təhlükəsinin qarşısını almaq məqsədi ilə şəxsi gigiyena qaydalarına əməl etmələri, özünütəcrid tədbirlərinə uyğun davranmaları, digər şəxslərlə minimum kontaktda olmaları və insanların sıx toplaşdığı yerlərə getməməkləri bir daha tövsiyə olunub.

Qeyd edək ki, imtiyazlı kateqoriyaya aid vətəndaşlara dəstək davamlı olacaqdır.

 

Keçidlər