Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə kartof sahələrindən məhsul yığımı başa çatıb.

24 iyul 2020 | 16:00

İmişlilı əkinçilər erkən yazda 114 hektar sahədə kartof əkiblər. Bitkiyə nümunəvi qulluq göstərildiyindən sahələrdə bol məhsul yetişib. Yığıma mütəşəkkil başlayan torpaq mülkiyyətçiləri qısa müddətdə 114 hektar sahədən 1432 ton kartof toplayıblar. Məhsulu yığılmış hər hektar sahədən 120,6 sentner kartof əldə olunub.

Tədarük olunan kartofun demək olar ki, 60-65 faizi rayonun Çahar, Yuxarı Qaralar, Ölcələr, Soltanmuradlı kəndində fəaliyyət göstərən torpaq sahibkarları tərəfindən toplanılıb. Rayonda məhsul yığımı yaxın günlərdə başa çatacaq.

 

Ətraflı linkdə:  https://azertag.az/xeber/1544999

Keçidlər