Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə çuğundur sahələrinin hər hektarından 125 sentner məhsul yığılır.

16 noyabr 2020 | 16:00

Xeyli müddətdir ki, İmişlidə şəkər çuğunduru sahələrinin məhsulu yığılır. Bu il İmişlidə 353,2 hektar sahədə çuğundur becərilib. Torpaq mülkiyyətçilərinin yüksək məhsuldar sortların əkininə üstünlük verməsi nəticəsində sahələrdə bol məhsul yetişib. Məhsul istehsalçıları indiyədək plantasiyalardan 3391,8 tondan çox məhsul yığıblar. Yığılmış sahələrin hər hektarının məhsuldarlığı orta hesabla 125,1 sentnerə çatır.

Rayonda məhsul yığımı davam edir.

Keçidlər