V.F.Hacıyevin İmişli rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 14 aprel 2012, 17:10
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Vilyam Fəhralı oğlu Hacıyev İmişli rayonu İcra hakimiyyətinin başçısı təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 aprel 2012-ci il.
Azərbaycan Respublikası Prezidentinin 30 mart 2010-cu il tarixli
821 saylı Sərəncamına uyğun olaraq Rayon Mərkəzi xəstəxanasında əsaslı təmir işləri davam etdirilir. İmişli Şəkər zаvоdunun vəsаiti hеsаbınа Səhiyyə Nаzirliyinin Təcili və Təxirəsаlınmаz Tibbi yаrdım stаnsiyаsının İmişli rеgiоnаl məntəqəsi tikilib istifаdəyə vеrilmişdir.
AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ FƏRMANI
"Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat"ın təsdiq edilməsi haqqında
Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılması işinin daha da təkmilləşdirilməsi, onun vahid sistemə və formaya salınması məqsədi ilə qərara alıram:
1. "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat" təsdiq edilsin (əlavə olunur).
2. Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılması üzrə kargüzarlığın aparılması və rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti orqanlarında sənədlərlə iş qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir.
3. Müəyyən edilsin ki, "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat"ın tələblərinə riayət edilməsinə ümumi nəzarəti Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının ümumi şöbəsi həyata keçirir.
4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində məxfi sənədlərlə iş üzrə kargüzarlığın aparılması qaydası barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
öz səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 sentyabr 2003-cü il
№ 935